Dünya
13:47, 28 Eylül 2019

Ermənistanda hökumət binasının qarşısında aksiya keçirilir

Ermənistanda hökumət binasının qarşısında aksiya keçirilir
Ermənistanda “Sanitek” şirkətinin əməkdaşları və Yerevan şəhərinin ağsaqqallar şurasının keçmiş üzvü Sona Aqekyanla birlikdə hökumət binasının qarşısında oturaq aksiya keçirirlər.
APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.

“Oturaq aksiya artıq başlayıb. Biz yalnız Paşinyanın gəlməsini tələb edirik. Biz müddətsiz aksiyanı Paşinyan aşağı düşənə kimi keçirəcəyik. Paşinyan gəlib bizə “sizin maaşınız ödənilib” deməlidir”, - S. Aqekyan bildirib.

Qeyd edək ki, “Sanitek” şirkətinin əməkdaşları avqust ayı üçün maaşlarının ödənilməsini tələb edirlər. 930 əməkdaşın 132 milyon dram məbləğində maaşı ödənilməyib.
Digər xəbərlər: