Rusiyanın Saxa Respublikasının sabiq deputatı Alexsander Krilov ayı hücumu nəticəsində ölüb.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, hadisə Oymyakon bölgəsində baş verib.
Əraziyə ov üçün gedən A.Krilov ona yaxınlaşan ayıya atəş açıb, sonra isə digər yırtıcının hücumuna məruz qalıb.