Dünya
Almanlar Fransa prezidentinə Angela Merkeldən daha çox güvənir
Almaniyada “Kantar” institutu tərəfindən aparılan sorğuya əsasən ölkə vətəndaşlarının 57 faizi Fransa prezidenti Emmanuel Makrona güvənir.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Qeyd olunub ki, ölkə vətəndaşlarının yalnız 53 faizi Almaniya kansleri Angela Merkelə güvənir.
Nəşrin məlumatına görə, almanlar Makronun NATO daxilində münaqişələrə səbəb olmasına, Fransada milyonlarla insan onun pensiya islahatlarına etiraz etməsinə baxmayaraq ona Angela Merkeldən daha çox güvənirlər.
“Etibarsızlıq” səviyyəsindəki nəticələrə gəlincə, burada da Merkel aşağı nəticə göstərib. Belə ki, sorğuda iştirak edən Almaniya vətəndaşlarının 44% -i Merkelə etibar etmir. Makronun vəziyyətində isə bu göstərici yalnız 32% -dir.
ABŞ prezidenti Donald Tramp isə almanlar arasında ən az populyar olan siyasətçidir. Sorğuda iştirak edənlərin 89%-i Amerika prezidentinə güvənmədiyini bildirib. Bu siyahıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson da var.
Respondentlərin 67% -i isə Rusiya lideri Vladimir Putinə inamının az olduğunu bildirib.(report)