Dünya
Keçmiş millət vəkili Vaşinqtonda taksi sürür - HAQQINDA HƏBS QƏRARI VAR
Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir.
Baku.ws xəbər verir ki, bu barədə o, "Die Welt" nəşrinə müsahibəsində bildirib.
Dünya çempionatının üçüncüsü olan Hakan Şükür əvvəllər San-Fransiskoda yaşasa da, sonradan Vaşinqtona köçmək məcburiyyətində qalıb.
Hazırda "Uber" taksi şəbəkəsinin üzvü olan sabiq futbolçu bu yolla dolanışığını təmin edir.
Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.
Daha çox xəbər:
Sabiq prezidentinin həyat yoldaşı 58 il müddətinə həbs olunub
Millimizin sabiq baş məşqçisi həbs edildi - Pedofiliyaya görə - Foto
“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı
Xorvatiyanın futbolçusu: Azərbaycanlı futbolçu bizə Messi kimi qol vurdu
Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı şikayətini geri götürdü