Dünya
10:54, 21 Ocak 2020
56
0

İran Ukrayna təyyarəsi ilə bağlı günahını tam etiraf etdi: İki dəfə vurulub

İran Ukrayna təyyarəsi ilə bağlı günahını tam etiraf etdi: İki dəfə vurulub
İran "Tehran İmam Xomeyni" beynəlxalq hava limanının yaxınlığında Ukrayna sərnişin layneri "Boeing 737-800"ün iki raketlə vurulduğunu etiraf edib.
Bizimyol.info xəbər verir ki, RİA "Novosti"nin məlimatına görə, İran Mülki Aviasiya Təşkilatının Ukrayna Boeing-in qəzaya uğraması ilə bağlı ikinci hesabatında təyyarənin Top-M1 hava hücumundan müdafiə sistemindən atılan iki qısa mənzilli yer-hava raketi ilə vurulduğu bildirilir.

Hesabatdan qeyd olunur ki, Boeing 737-800-ə iki Tor-M1 yer-hava raketi şimal səmtdən atılıb. Hər iki raketin hədəfə dəyməsindən sonra yaşayış sahəsi üzərində olan təyyarə sürətlə hündüryü itirməyə başlayıb. Əyləncə parkındakı "maneə" ilə toqquşan hava gəmisi futbol sahəsinə keçib, yerə çırpılıb və tamamilə dağılaraq alovlanıb.

Sənədə görə, təyyarə Tehrandan yerli vaxtla 6.12-də uçub. Boeing ilə əlaqə 8.1 min fut (təxminən 2.4 min metr) yüksəklikdə olduqda itib. Layner orta müşahidə radarlarının ekranlarından 6.15-də və ilkin müşahidə radarlarından təxminən 6.18-də yoxa çıxıb. Mehrabad Hava Limanında aparılan ilkin müşahidə radarlarına görə, saat 6.15-də təyyarə kursdan saparaq sağa dönməyə başlayıb. Ehtimala görə, üç dəqiqə ərzində hava limanına tərəf uçmağa davam edib və bundan sonra təxminən 6.18-də radarlardan itib.

Qeyd edək ki, Kiyevdən Tehrana uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə çərşənbə günü səhər Tehran hava limanından çıxandan az sonra qəzaya uğrayan təyyarədəki 176 nəfərin hamısını ölüb.

Bir neçə gün sonra İran hərbiçiləri səhvən düşmən raketi hesab etdikləri Ukrayna Boingini vurduqlarını etiraf ediblər. Eyni zamanda, Tehran ABŞ-dan hücum gözlədiklərini və buna görə ölkənin hava hücumundan müdafiə sistemləri tam hazır vəziyyətə gətirildiyini qeyd edib.

Ukrayna Prezidenti Vladimir Zelenski İrandan günahını tam etiraf etməsini, rəsmi üzr istəməsini, günahkarların cəzalandırılmasını və təzminat verilməsini gözlədiyini bildirmişdi.
Digər xəbərlər: