Dünya
12:04, 22 Ocak 2020
122
0

Sabiq Baş Nazir vəfat etdi - FOTO

Sabiq Baş Nazir vəfat etdi - FOTO
Gürcüstanın sabiq Baş Naziri Tengiz Siqua 85 yaşında dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, Siquanın evindən edilən çağırışla gələn təcili yardım həkimləri artıq onun keçindiyini görüblər. Siquanın ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Tengiz Siqua 1990-cı ilin 15 noyabrından 1991-ci ilin 18 avqustuna kimi Gürcüstanın Nazirlər Şurasının sədri olub. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq Baş nazirin vəzifələrini icra edən Siqua 1992-ci ildə parlament tərəfindən bu posta təsdiqlənib və 1993-cü ilin avqustunadək vəzifəsini icra edib.

O, Gürcüstanın yeni tarixində ikinci Baş nazir olub. /Qafqazinfo

Sabiq Baş Nazir vəfat etdi - FOTO
Digər xəbərlər: