Dünya
14:11, 09 Nisan 2020

ABŞ beynəlxalq qurumu səmərəsiz fəaliyyətdə ittiham etdi

ABŞ beynəlxalq qurumu səmərəsiz fəaliyyətdə ittiham etdi
Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib. ABŞ ardıcıl olaraq ikinci gündür ki, virusdan ölənlərin sayına görə siyahıya başçılıq edir.

REN TV xəbər verir ki, belə göstəriciyə nə İtaliyada, nə də Çində rast gəlinib.

ABŞ hökuməti baş verənlərə görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) günahlandırır. İddiaya görə, o, virusun təhlükəsi barədə vaxtında xəbər verməyib, buna görə də Vaşinqton ÜST-ə maliyyə yardımını azaltmaq niyyətindədir. Bu barədə bu gün Dövlət Departamentindən məlumat verilib.

“Hazırda ÜST-ün maliyyələşdirmə həcmini nəzərdən keçiririk... Təşkilat işləməlidir, ondan gözlənilən nəticəni verməlidir. ÜST-ün hələlik nəyəsə nail olduğunu görmürük”, - deyə ABŞ-ın Dövlət katibi Mayk Pompeo bildirib.
Digər xəbərlər: