Dünya
16:50, 21 Nisan 2020

Alimlərdən koronavirusun ən yoluxucu dövrü haqqında ŞOK AÇIQLAMA

Alimlərdən koronavirusun ən yoluxucu dövrü haqqında ŞOK AÇIQLAMA
Koronavirusa tutulan insanların ən yoluxucu dövrü simptomların başlanmasından bir neçə gün əvvəl olur. Bu barədə çinli alimlərin araşdırmasından sonra məlum olub.

Tədqiqatın nəticələri "Nature Medicine” jurnalında dərc edilib.
Məlum olub ki, COVID-19-a yoluxma hallarının 44 faizi simptomsuz xəstələrdən keçir.

Tədqiqatda 94 pasiyent iştirak edib. Onlarda simptomların başlanmasından etibarən 32 gün ərzində nümunələr götürülüb. Analizin nəticələrinə uyğun olaraq tədqiqatçılar insanların ən çox yoluxucu olduğu dövrü hesablaya biliblər.

Tədqiqatçıların fikrincə, yoluxuculuq qabiliyyəti xəstəlik simptomların başlamasından 2-3 gün əvvəl baş verir və mənbədə xəstəliyin başlanmasından 0-7 gün əvvəl pik həddə çatır.

Onlar bildiriblər ki, epidemiyanı dayandırmaq üçün virusu yayanların 90 faizindən çoxu təyin olunmalıdır. Bunun üçün isə insanlar kütləvi şəkildə koronavirus testindən keçməlidir.
Digər xəbərlər: