Dünya
Ən böyük seysmik bomba zərərsizləşdirilərkən partladı - VİDEO
Polşada zərərsizləşdirmə zamanı beş tonluq seysmik bomba partlayıb.
Bu barədə BBC xəbər yayıb.
“Tallboy” bombası II Dünya müharibəsindən bəri partlamayan ən böyük bomba idi. Britaniya aviasiyası 1945-ci ildə onu Baltik dənizində almanlara məxsus gəmiyə atıb.
Uzunluğu 6 metr, çəkisi isə 5,4 ton olan bomba 12 metr dərinlikdə idi.
Mütəxəssislər deflaqrasiya prosesini (partlayıcı maddələrin partlayışsız yanması) həyata keçirmək istəyirdilər, ancaq əməliyyat əsnasında bomba işə düşüb.
Daha çox xəbər:
İki ticarət mərkəzində insanlar təxliyə olunur - - Bomba həyəcanı
Azərbaycanın yeni lazer güdümlü bombası budur -İstənilən obyekti məhv etmək olacaq
Oyun oynayarkən bombanı işə saldılar - Azı 8 uşaq öldü
Süleyman Soylu: “Suriyada Türkiyənin böyük şəhərləri üçün terror hazırlıqları görülür”
Yer kürəsinin ən böyük aysberqi dağılmağa başlayıb - VİDEO