Dünya
16:59, 22 Aralık 2020

SON DƏQİQƏ: Ermənistanda SƏFƏRBƏRLİK ELAN EDİLDİ, vətəndaşlar yenidən orduya çağırılır - ŞOK SƏBƏB

SON DƏQİQƏ: Ermənistanda SƏFƏRBƏRLİK ELAN EDİLDİ, vətəndaşlar yenidən orduya çağırılır - ŞOK SƏBƏBErmənistanda vətəndaşlar yenidən hərbi komissarlığa dəvət olunur.

dahilider.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edir: “Bizə şikayət edən vətəndaşlar deyirlər ki, müharibə bitsə də, onları hərbi komissarlığa çağırırlar, lakin səbəbi haqda heç bir məlumat verilmir. Belə vətəndaşlar bildirirlər ki, indi ordudan yayınmaq üçün pul verənlərin növbəsidir, xidmətə belələri getməlidir”.

Qəzet məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərib. Müdafiə Nazirliyinin səfərbərlik və çağırış xidmətinin rəisi Armen Avtandilyan deyib ki, “22-24 dekabr tarixlərində Ermənistanda səfərbərlik planlaşdırılırdı, lakin Baş Qərargah rəisinin əmri ilə bu ləğv olundu”.

Ermənistan niyə yenidən səfərbərlik etmək istəyib və sonradan ləğv olunub?

Bu sualın cavabı nə erməni rəsmilər tərəfindən, nə də erməni mediasında verilir. Lakin bir neçə gün öncə erməni mediası yazırdı ki, hakimiyyət etirazçıların sayını artırmaq üçün yenidən səfərbərlik etmək və etirazçılara hərbi xidmətin nə olduğunu göstərmək istəyir.

Digər versiya isə müharibədə Ermənistan ordusunun canlı qüvvəsinin sıradan çıxmasıdır: 10 minə qədər ölü, bunun iki qatı qədər yaralı, 3 minə qədər itkin var. Xarici ekspertlərsə Ermənistanın itkilərinin 25-30 min arası olduğunu qeyd edirlər.

Görünür, Ermənistanda sərhədlərin qorunması və digər qoşun növlərində xidmət aparacaq əsgər yoxdur. Yeni səfərbərliyin səbəblərindən biri bu ola bilər.
Digər xəbərlər: