Siyasət
18:18, 21 Nisan 2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanvermə aksiyasına qoşulub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanvermə aksiyasına qoşulub
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də Azərbaycan Respublikasının…

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına və Heydər Əliyev Fondunun başlatdığı təşəbbüsə qoşulub.

Xidmətin Aparatının, Bakı Qarnizonunda yerləşən struktur bölmələrin bir qrup əməkdaşı qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə aprelin 20-də könüllü olaraq qan veriblər. Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları sağlamlıq vəziyyətlərini yoxladıqdan və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra, tədarük olunaraq irsi qan xəstəliklərindən (talassemiya, hemofiliya) əziyyət çəkən uşaqların, eləcə də leykemiya, hemodializ xəstələrinin müalicəsində istifadə olunacaq.

31 Mart soyqırımı

Milli Qəhrəmanlarımız

Xocalı soyqırımı

20 yanvar faciəsi

HƏRBİ MÜTƏXƏSSİS HAZIRLIĞI MƏRKƏZİ

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti…

XÜSUSİ HƏRBİ İXTİSAS KURSLARI

Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması"Hərbi vəzifə və hərbi xidmət…

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir
Digər xəbərlər: