Dünya
Türk dünyasına xəyanətdən yoğrulan fars-molla rejiminə tarixi sillə
Fazil... Haran ağrıyır?!
Yazımın başlığını oxuyanlarda bilirəm ki, tamamilə fərqli bir təsəvvür yaranacaq. Hamının yadına “YouTube”dəki telefon dialoqu düşəcək. Amma mən bu başlığı təsadüfən seçmədim. Ölkəmizə və ümumiyyətlə qarşı coğrafi məkan olan İranda türk dövlətçiliyinin irsini oğurlayaraq ona sahiblənmiş fars molla rejiminin son vaxtlar qorxaqcasına izhar etdiyi təhdidləri heç harası “ağrımayan”, lakin özündən “ağrılı” sterotip yaratmağa cəhd edən Fazillə müqayisə etdim.
- Fazil, (İran) haran ağrıyır?
- Heç haram.
Əlbəttə ki, heç haran ağrımır. Niyə də ağrısın? E.ə. III minilliyin 2-ci yarısında Urmiya gölü sahillərində mövcud olan Kuti, Lullubi, Turukki, Su kimi türkdilli tayfaların yaratdığı dövlət qurumlarının ərazisində min il onlardan sonra Avropanın şərqində başıpozuq qövm halında gələcək bir qisminiz “ari” adı altında adını çəkdiyim türk tayfa-dövlətlərinin ərazisinə sığındınız, bir qisminiz Cənubi Asiyaya, hindlilərə pənah apardınız.
Bəs sonra nə etdiniz?
Sonra e.ə. I minilliyin türksoylu dövlət qurumu olan Manna dövlətinin varisi Mad, yaxud Midiya dövlətinin (paytaxtı indiki Həmədan, əvvəlki “Hal” (ölkə-qədim türkcə), “Madan” (madlar, yəni Madlar ölkəsi)) qanadının altına sığındınız.
Bilirsinizmi niyə “sığındınız” dedim? Çünki sizin I Kambiz kimin qılıncının altından keçib onun qızı Mandananı almışdı?! Əlbəttə Mad hökmdarı Astiaxın.
Bəs I Kambizin Mandanadan doğulan oğlunun adı nə idi? Avropa mənbələrində Kir, sizin yazılarınızda Kureş. O Kureş ki, öz babasına xəyanət edərək e.ə. 550-ci ildə ona qarşı qoşun çıxardı, sərkərdə Harpaqın xəyanəti nəticəsində qalib gəldi.
Bax, sizin türk dünyasına, türkçülüyə qarşı xəyanətiniz e.ə. 550-ci ildən Kureşin timsalından ta bu günədək davam edir. Elə xəyanətinin cəzasına da tuş gələrək e.ə. 530-cu ildə kəsilmiş başı türksoylu Massagetlərin (şişpapaq Sakların) rəhbəri qadın Tomrisin ayaqları altına atıldı.
Mən 33 ildir indi İran coğrafi məkanı adlandırdığımız ərazidə kökənli türksoy dövlətlərinin tarixini araşdırıram. əgər bunların hamısı barədə müfəssəl yazsam, 1925-ci ildə türk Qacarlar sülaləsinin irsini sahiblənən fars Pəhləvilər sülaləsinin tarixindən qat-qat qalın bir ensiklopediya alınar.
Bəs, sancınız nədədir?
Bəlkə Şah İsmayıl Xətainin 1501-ci ildə yaratdığı, I Təhmasibin genişləndirdiyi, türk Əfşar Nadir şahın isə ərazisini Şimali Hindistanadək genişləndirib 2 mln 800 min kv.km-ə çatan bir imperiyaya türklərin yenidən sahiblənəcəyindən doğan qorxu, dəhşət və vəhşət hissləri sizi yenidən xəyanətə sürükləyir?
İran tarixçisi Nəsrullah Fəlsəfinin bugünədək işlənilən ibarəsini Tehran Universitetinin professoru ustad Məhəmməd Əhməd Pənahi Simnaniyə istinadən hüzuru-xidmətinizə çatdırıram:
“ Bu da inkarolunmaz bir həqiqətdir ki, İranın siyasi istiqlalı, vəhdəti və bütövlüyü Şah İsmayıldan qalma bir yadigardır”
M.P.Simnani: “Şah İsmayıl Səfəvi. Mürşid-i sorx kolahan.
Buyurun! Sizin indiki taxt-tacına sahiblənərək soykökünə düşmən kəsildiyiniz məmləkət və dövlət türk qızılbaş Şah İsmayıldan qalan irsdir. Və... bu irsə gec-tez yiyələnəcəyik.
Siz qorxursunuz, ölkədə 35 mln qızılbaş türk törəmələrinin 4-cü və sonuncu ümumilli hərəkatından qorxursunuz. Mən sonuncu ona görə dedim ki, bu dəfə Səttarxanın, ,eyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin yol verdiyi səhvlər təkrarlanmayacaq və sizin 35 mln türkün dilinə, danışığına, məktəb və mədəniyyətinə kündə vurduğunuz riyakar zülm və istibdad zənciri qırılıb məhv olacaq. Bəlkə sizə Qacarlar sülaləsindən Fətəli şahın oğlu, Azərbaycanın naibüssəltənəsi Abbas Mirzənin ölüm ayağında sonuncu sözünü xatırladım:
“Can, Azərbaycan”. (mənbə: Cahangir Mirzə: “Tarix-i nöu” kitabı)
Əmdiyi südə, kökünə pənah gətirdiyi yurda, mirac verilən dövlətə və dövlətçiliyə ancaq siz-Fars molla rejimi xəyanət etdiniz ki, tənasül əlatindən ayrılmayan əllərinizi taybatay açaraq “can, Ermənistan” dediniz və deyirsiniz.
“Boyan Allah boyağına, başqa rənglərə heç vaxt qəlbin boyanmasın”
Sizinsə qəlbiniz saqqallarınıza çəkdiyiniz doqquzqat boyalardan daha murdar və çox çalarlara boyanıb. Kökünüzə sıxdığınız bütün türk-müsəlman dünyasına düşmən kəsiıən erməninin haram buyurulan donuz əti ilə üzüm çaxırının iyi və şirəsi sorulmamış dodaqları, gündə yalandan iyirmi dəfə salavat çevirən maska sifətinizə sıxıldıqca, gündə 99 dəfə Allahın adını zikr edən çatlamış dodaqlarınıza toxunduqca bu xəyanətiniz və riyakarlığınız o dünyada zəbanilərin cəhənnəm atəşini şiddətləndirməyə apardıqları odunların sayına əlavə edilcək.
Azərbaycan müstəqili dövlətdir və güclü orduya, vətəni uğrunda əfsanəvi igidliklər göstərməyə qadir MİLLƏTƏ malikdir.
Ən müasir silahlara malik olmağımız 28 ildən artıq Azərbaycanla müharibəyə hazırlaşan Ermənistan ordusunu cəmi 44 gün ərzində darmadağın edib ordudan məhrum etməsi bunu sübut etdi. Siyasi arenada Türkiyə Cümhuriyyəti, Pakistan, Ukrayna kimi dövlətlərlə dostluq və qardaşlıq istər hərbi baxımdan, istərsə də siyasi diplomatiya aspektindən öz sözünü deməyə imkan verir. Heç bir dövlət Azərbaycanı hədələyə bilməz, heç bir dövlət Azərbaycan ərazisinə təcavüz edə bilməz.
Bunu 18-ci əsrədək sırğa asdığınız sağ qulağınızdan yenidən sırğa kimi asın və unutmayın!
Daha çox xəbər:
Türk Şurasına sədrlik Azərbaycana keçdi
“Mahnımın sonunda muğam oxuyacam” - Çingiz türk mediasında
Müğənni Doğuşun menecerindən azərbaycanlı iş adamlarına TƏRS SİLLƏ — FOTO
Türk üsülü Pamidor yumurtanın hazırlanmasnı bilirsiz?? Menemen
Rus sülhməramlıları Qarabağa yerləşdirilsə də... - Türk generaldan mühüm açıqlama