Dünya
“Ölüm həkimi” çarpayıların boşalması üçün xəstələrin həyatına son qoyub - FOTO
İtaliyada xəstəxanada təcili yardım şöbəsinin müdiri Karlo Moska tibbi müəssisədə çarpayıları boşaltmaq üçün pasiyentləri öldürməkdə şübhəli bilinib.
“La Repubblica” qəzetinin məlumatına görə, dəhşətli hadisə Montikyari şəhərində qeydə alınıb.
Bildirilir ki, 47 yaşlı həkim bu yaxınlara qədər qəhrəman hesab olunurdu. Çünki o, “çirkli zona” deyilən ərazidə sutkalarla yoluxmuş xəstələrlə çalışıb. Ötən yaz - İtaliya COVID-19-un yayılma sürətinə görə dünya lideri olduğu dövrdə Moska xəstələrin həyatını xilas etmək üçün iki ay ailəsini görməyib.
Hazırda isə tibb işçisinə “ölüm həkimi” ləqəbi verilib.
Moskanın çalışdığı klinikadakı tibb bacıları həkimin ehtiyac olmadığı halda tez-tez güclü dərmanlar tələb etdiyini bildiriblər. Onların sözlərinə görə, bunlar koronavirus müalicəsi protokoluna daxil edilmirdi. Bundan əlavə, həkim ağır xəstə olan xəstələrlə tək buraxılmasını istəyirdi, bu da işçilər arasında şübhə doğururdu.
Həkimin hərəkətləri səbəbindən xəstələrin ən azı ikisinin ölüm hadisəsi məlumdur. İtalyan prokurorluğunun verdiyi məlumata görə, mart ayında Moska 61 yaşlı Natale Bassiyə və 80 yaşlı Angelo Palettiyə ölümcül dozada güclü anestezik olan “propofol” verib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Lombardiya xəstəxanasında daha dörd ölüm hadisəsində həkimin iştirakını müəyyənləşdirirlər.
Qətllərin səbəbləri hələ aydın deyil. Həkimin həmkarları pandemiya ilə əlaqədar stres səbəbi ilə onun dəli olduğuna inanırlar. Bununla birlikdə, polis Moskanın yeni xəstələrə çarpayı üçün ümidsiz xəstələrdən qurtulduğuna inanır.
Polis həkimi qətldə və xəstələrin tibbi sənədlərini saxtalaşdırmaqda şübhəli bilərək həbs edib.
Moska özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Daha çox xəbər:
Bilgəhdəki modul tipli xəstəxananın həkimi: “Açılışdan iki gün sonra artıq 77 pasiyent qəbul edilmişdi”
“COVID-19 xəstəsinin qəbul edilməməsinə görə təcili tibbi yardımın günahlandırılması doğru deyil” - AÇIQLAMA
ATU-nun Onkoloji Klinikasından KORONAVİRUS TƏIHLÜKƏSİ - AÇIQLAMA
İtaliyada Avropa Birliyinin bayrağını yandırırlar - Video
Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA