Dünya
Vazgen Manukyan: “Ermənistan dövləti uçuruma yuvarlanmaqda davam edir”
“Hər kəsə aydındır ki, Ermənistan dövləti uçuruma yuvarlanmaqda davam edir”.
Bunu ölkə müxalifətinin liderlərindən biri sayılan Vazgen Manukyan yerli telekanallara müsahibəsi zamanı bəyan edib.
Ermənistanın keçmiş Baş naziri, hazırda isə “Vətənin xilası naminə hərəkat”ın aparıcı simalarından biri olan V.Manukyan vurğulayıb ki, ölkəsinin Qarabağ müharibəsində verdiyi itkilər əhali nisbəti baxımından Ginnesin Rekordlar Kitabına düşə biləcək səviyyədədir.
“44 gün ərzində 5 mindən çox itki verdik. 2.5 milyonluq bir xalq üçün bu Ginnes rekordu sayıla bilər”, - deyə o, bildirib.
Eks Baş nazir Ermənistan ordusunun zəif olmadığını və məğlubiyyətin günahını hazırkı hökumətdə gördüyünü qeyd edib. Onun sözlərinə görə, əgər vəziyyət belə davam edərsə, Ermənistan 150 il öncəki vəziyyətə qayıda bilər.
Daha çox xəbər:
Azərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?
Ermənistan İkinci Qarabağ müharibəsindəki itkilərinin sayını iki dəfə azaldır - STATİSTİKA
Ermənistan ordusunun bu hərəkətləri yolverilməzdir - Tatar
Torpaqların qaytarılması ilə bağlı söhbətlər uşaq oyunudur
Ermənistan problemlər burulğanında