Siyasət
Torpaqların qaytarılması ilə bağlı söhbətlər uşaq oyunudur
Ermənistanda son vaxtlar sosial şəbəkələrdə hakimiyyət tərəfdarlarının və müxalifətin Qarabağda “torpaqları təslim etməyə” hazırlaşdıqları barədə qarşılıqlı ittihamları güclənib. Bəziləri buna görə baş nazir Nikol Paşinyanı, digərləri isə keçmiş prezident Serj Sarkisyanı günahlandırırlar.
Politoloq Ervand Bozoyan “Sputnik Ermənistan”a deyib: "Qarabağ məsələsində heç bir əhəmiyyətli şey baş vermədi. Müxalifət hakimiyyəti "torpağı verməkdə" ittiham edirdi və əksinə, hakimiyyət dəyişikliyindən sonra əvvəlkilər bunda yeni rəhbərliyi günahlandırırlar. Bu, Qarabağın hesabına xal qazanmağa çalışdıqları uşaq oyununu xatırladır”.
Politoloqun fikrincə, Ermənistanda insanların çoxu bu oyunun inersiya ilə davam etdiyini və reallıqla heç bir əlaqəsinin olmadığını başa düşür.
"Hər kəs, o cümlədən vasitəçilər başa düşürlər ki, bu mərhələdə ortaq məxrəc tapmaq, demək olar ki, mümkün deyil",-deyə E.Bozoyan vurğulayıb. Nə qalır? Danışıq üçün danışıq aparmaq? İstənilən müharibə mövcud “soyuq” sülhdən daha pisdir. İkincisi, tərəflərin gələcəkdə bu və ya digər qərara nə dərəcədə hazır olduqlarını tədqiq etmək. Həmsədrləri maraqlandıran məhz budur.
“Sputnik Ermənistan”ın yazdığı kimi, Ermənistanın yeni hakimiyyəti sıfırdan başlayacaqlarını, cəmiyyətin gözündə xal qazanmağa çalışdıqlarını söyləyirsə, bu müəyyən bir təhlükə yaradır. "Aydındır ki, bu, torpağın verilməsi ilə əlaqəli deyil. Tərəflər güzəştə getməyəcəklər, ancaq onlar beynəlxalq aləmdə mövqe üstünlüyü əldə etməyə çalışırlar",- deyə E.Bozoyan bildirib.
Ermənistanın yeni hakimiyyətinin həyata keçirilməyən və uzağı görməyən bəyanatları (Xankəndinin danışıqlar masasına qayıtması, “Artsax-bu, Ermənistandır”) daxildə müsbət qarşılandı, ancaq xarici aləmdə dağıdıcı təsir bağışladı. Daha sonra Paşinyan bildirdi ki, həll yolu Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Bu cür uyğunsuzluq təkcə baş nazirin özünə deyil, bütövlükdə Ermənistana olan münasibətə təsir göstərir.
Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağın Azərbaycan icmasını yenidən hərəkətə gətirməyə çalışır: "Ermənistan hakimiyyəti, əlbəttə ki, bunu istəmir. Ancaq peşəkar olmayan hərəkətlər və bəyanatlar buna aparır. Gələcəkdə yeni belə, bir-birinə zidd bəyanatların ortaya çıxması Azərbaycanın mövqeyini gücləndirəcək... Və ya Bakı tərəfindən blitskriq cəhdi halında ona mümkün xarici təzyiqi azalda bilər".
Erməni politoloq hesab edir ki, mövcud hakimiyyəti torpaqların təslim edilməsində günahlandıranların hamısı "sıravi populistlər"dir. Ümumiyyətlə isə, Ermənistan hakimiyyətinin və müxalifətinin bu mövzuda siyasi möhtəkirlikləri bütün Ermənistana ziyan vurur.(virtualaz.org)
Daha çox xəbər:
Erməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirir
Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı
Ermənistanda hökumət binasının qarşısında aksiya keçirilir
"Azərbaycan Qarabağın həllində Polşanın dəstəyinə arxalana bilər" - Duda
Paşinyan Qarabağın bir hissəsini qaytarmağa söz verib…