Gündəm
Azərbaycanlı deputata sui-qəsd planı
Milli Məclisinin V çağırış deputatı, növbədənkənar parlament seçkilərində namizədliyi yenidən Yeni Azərbaycan Partiyasından (YAP) irəli sürülən Naqif Həmzəyevin adı "Gəncə işi"ndə zərərçəkmişlər siyahısında əksini tapıb.
Naqif Həmzəyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov və dəstəsi tərəfindən sui-qəsd təhdidi barədə istintaqa şikayət edib.
Məhkəmə sənədlərində qeyd olunur ki, Yunis Səfərov hətta Naqif Həmzəyevin ev ünvanını da müəyyənləşdirib.
Maraqlıdır ki, 2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Milli Məclisinin deputatı seçilən və YAP-ın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bu barədə mətbuatda hər hansı bir açıqlama verməyib.
Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirli bilinir.
Onun işi üzrə sənədlər artıq məhkəmədədir və proses yanvarın 7-dən başlayacaq.
Daha çox xəbər:
“Relax” hadisəsinə görə oğlu həbsi edilən deputat da namizədliyini irəli sürdü
Bakıda iki YÜKSƏK vəzifəli məmura stop - YAP-ın siyahısından çıxarıldılar
Yeni icra başçısı ona vəzifə verdi
Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan pul paylayıb
Deputat yaşayış binasının həyətində odlu silahdan atəş açdı - VİDEO