Gündəm
13:00, 10 Mart 2020

Kritik gəlişmə: Ərdoğan mətbuat konfransına qatılmaqdan imtina edib

Kritik gəlişmə: Ərdoğan mətbuat konfransına qatılmaqdan imtina edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Brüsselə (Belkiça) səfəri baş tutub.

Əvvəlcə NATO Baş katibi Yens Stoltenberqlə görüşən Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Çarlz Muişel və Aİ Komissiyasının sədri Ursula von der Leyenlə bir araya gəlib.

Türkiyə Prezidenti görüşlərdən sonra Mişel və Leyenlə planlaşdırılan birgə mətbuat konfransına qatılmaqdan imtina edib.

Alman mediası Ərdoğan və başçılıq etdiyi nümayəndə heyətinin görüşdən 1.5 saat sonra paltolarda salondan ayrıldığını yazıb. Gərgin keçən görüşdən sonra Ərdoğanın mətbuat konfransı keçiriləcək salonun yerinə hava limanına getdiyi vurğulanıb.

Toplantıdan dərhal sonra Mişel və Leyen jurnalistlərin suallarını cavablandırıb.

Misel Türkiyə Prezidenti ilə miqrant məsələsini müzakirə etdiklərini bildirib: “Aradakı anlaşılmazlıqları aradan qaldırmağa çalışırıq. Ortada yanlış anlaşılmalar var”.

Ursula von der Leyen isə qaçqınların Yunanıstanla yanaşı, Türkiyənin də köməyinə ehtiyacının olduğunu deyib:

“Çox yaxşı dialoq baş tutdu. Həm Avropa İttifaqının, həm də Türkiyənin maraqlarını qorumağa çalışacağıq”.(teleqraf.com)
Digər xəbərlər: