Gündəm
Mehdiyevdən alınan zavodun yeni rəhbərinin adı bəlli oldu - İDDİA
Paytaxtın ən iri poladəritmə istehlakçısı olan "Baku Steel Company" zavodunda bu ilin fevralından istehsal dayandırılıb.
Nəhayət uzun çəkən fasilədən sonra "Baku Steel Company” şirkətinin rəhbərliyində ciddi dəyişikliklər həyata keçirilib.
“Yeni Sabah” Gundelik-baku.com-a istinadla xəbər verir ki, indiyə kimi şirkətin qeyri-rəsmi sahibi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev hesab olunsa da, artıq o bu zavoda nəzarəti itirib.
Saytın məlumatına görə, şirkətin idarəetməsinə Nüsrət Məmmədovun gəlişi gözlənilir.
Qeyd edək ki, o əvvəllər "Baku Steel Company"-nın rəhbərliyində təmsil olunmuşdu və həmin dövrdə zavod yüksək nəticələr əldə etmişdi.
Ekspertlərin proqnozuna görə Nüsrət Məmmədovun rəhbərliyə qayıdışı ilə zavod default vəziyyətindən çıxıb əvvəlki istehsal normasını bərpa edə biləcək.
Daha çox xəbər:
Məşhur şirkətin rəhbəri istefa verdi
Daha bir FACİƏ: Zavod partladı – Ölənlər var
“Mərcan” məhsullarına yenilənmiş “Halallıq” və “İSO 22000” sertifikatları təqdim olundu
Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub - FOTO
“Baku City Residence” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat maliyyə yardımı edib