Gündəm
17:23, 28 Eylül 2020

Azərbaycanlı milyarder də Qarabağ üçün yazdı

Azərbaycanlı milyarder də Qarabağ üçün yazdı
Haqq bizim tərəfimizdədir və demək, qələbə də bizimlə olacaq.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində azərbaycanlı milyarder Fərhad Əhmədov paylaşıb.

“Əziz həmvətənlər! Bütün azərbaycanlıların vahid şəkildə birləşib, aqressorlar tərəfindən zəbt edilmiş əzəli torpaqlarımızın işğaldan azad edilməsini başladan Azərbaycan Ali Baş Komandanı və Ordusunu dəstəkləmək vaxtıdır.

Azərbaycanlılar yad torpaqlara gəlməyiblər, azərbaycanlılar bütün yollarla qanunsuz işğalı əbədiləşdirməyə cəhd etmirlər, azərbaycanlılar onilliklər ərzində danışıqları pozmayıblar və beynəlxalq vasitəçiləri görməzdən gəlməyiblər. Bizim düşmənlərimiz ermənilər deyillər, bizim düşmənlərimiz bilərəkdən həlli dalana dirəyən, bütün nəsli nifrət və illüziyalarla tərbiyə edən avantüristlərdir. Mənim fikrim, hislərim və dualarım bu gün haqq savaşı aparan əsgərlərimiz və zabitlərimizlədir. Haqq bizim tərəfimizdədir və demək, qələbə bizimlə olacaq”, – deyə o bildirib.
Digər xəbərlər: