Gündəm
Çavuşoğlundan ABŞ-dakı Prezident seçkiləri ilə bağlı AÇIQLAMA
ABŞ xalqı kimi seçirsə seçsin, biz Vaşinqtonla yaxın işbirliyi çərçivəsində çalışmağa hazırıq.
Konkret.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-da keçirilən prezident seçkiləri barədə danışarkən bildirib.
Çavuşoğlu Türkiyə-ABŞ münasibətlərinin daha kritik səviyyəyə çatdığını vurğulayıb:
“Mövcud regional və qlobal məsələlər ikili münasibətlərimizi daha əhəmiyyətli duruma gətirib. Prioritetimiz problemlərimizi həll etmək və mövcud imkanlardan maksimum dərəcədə istifadə etmək olacaq”.