Dünya
ABŞ-Türkiyə razılaşmasından sonra İSTEFA QƏRARI
ABŞ-ın Energetika naziri Rik Perri vəzifəsindən istefa verəcək.
Anews.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat yayıb.
Prezident bildirib ki, Perri ilin sonunda istefa verəcək. O, istefa xəbərinə təəccüblənmədiyini də deyib: "Bunu 6 ay əvvəldən bilirdim. Mənə ilin sonunda vəzifəsindən gedib başqa işdə çalışmaq istədiyini demişdi. O, möhtəşəm bir adamdır”.
Tramp qeyd edib ki, qısa müddətdə onu əvəz edəcək şəxsin adını açıqlayacaq.