Gündəm
20:11, 09 Kasım 2020

Şuşa necə alınıb: noyabrın 3-dən 4-nə keçən gecə, əlbəyaxa döyüş... – “Le Monde” şok detalları açıqladı

Şuşa necə alınıb: noyabrın 3-dən 4-nə keçən gecə, əlbəyaxa döyüş... – “Le Monde” şok detalları açıqladı
Şuşa praktiki olaraq əlbəyaxa döyüşlərdə, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan ələ keçirilib.

Konkret.az xəbər verir ki, Fransanın “Le Monde” qəzetinin Xankəndidəki müxbirləri yazır ki, yaralılar əsasən güllə və bıçaq xəsarətləri ilə Şuşadan gətirilib. Pulemyot və ya tüfəng yaraları ilə deyil, tapança və bıçaq yaraları ilə. Bu, o deməkdir ki, şəhər demək olar ki, əlbəyaxa döyüşlərdə alınıb. Yəni dağ xüsusi təyinatlıları işləyib. Üstəlik, hücum zamanı dağa qalxarkən, azərbaycanlılar yaralıları və öldürülənləri döyüş meydanında qoymayıb, onları da qalaya aparıb.

Dəniz səviyyəsindən 1400 m – 1800 m yüksəklikdə yerləşən Şuşa bir qayanın üzərində yerləşir və alınmaz qala hesab olunur. Noyabrın 3-dən 4-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin xüsusi və dağ piyada birləşmələrinin qüvvələri, Daşaltı kəndi və Qəribəli kəndinə bitişik tərəfdən şəhərə doğru irəliləyərək, dörd postu dağıdaraq şəhərin içindəki Köhnə qalanı və Şuşa həbsxanasını ələ keçiriblər. Bir neçə hücumu dəf edən xüsusi təyinatlılar döyüşlərlə şəhərdəki ərazini genişləndirməyə başlayıblar.

Şəhər xaricində Azərbaycan Silahlı Qüvvələrinin bir neçə kəşfiyyat qrupu Xankəndi-Şuşa yolunu atəş nəzarəti altına alıb. Azərbaycan bölmələri şəhərdə iki gün dayanıb. Şəhərdəki erməni qüvvələri zirehli texnikanın dəstəyi olmadan xüsusi təyinatlılar tərəfindən yerlə yeksan edilib.

Noyabrın 6-sı axşam saatlarında Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı bölmələri şəhərə yaxınlaşıb və noyabrın 7-nə keçən gecə şəhərdəki erməni birləşmələrini tamamilə məhv edib. Ermənistan Silahlı Qüvvələrinin bir neçə dəfə əks hücuma keçməsi heç nə ilə nəticələnməyib.

Azərbaycanlıların necə mübarizə aparmağı onlar haqda yayılan “döyüşə bilməyən” mifi məhz bu şəkildə darmadağın edib.

Bu, müqəddəs əcdadlarının torpağının nə olduğunu və buna görə necə mübarizə aparmağı bütün dünyaya göstərən Azərbaycan Silahlı Qüvvələrinin çox vacib bir qələbəsidir.
Digər xəbərlər: