Gündəm
Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi
Prezident Vladimir Putin Rusiya XİN-ə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT strukturları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və UNESCO-nu məlumatlandırmağa davam etməyi tapşırıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya Prezidenti həmçinin XİN rəhbəri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarına və beynəlxalq təşkilatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.
Öz növbəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, Moskva Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmalarla bağlı ABŞ və Fransanı məlumatlandırıb.
“Biz həmkarlarımızı, ilk növbədə bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ətraflı məlumatlandırdıq. Mən Fransanın Xarici İşlər naziri ilə danışdım, vəziyyəti və göstərdiyimiz səyləri ətraflı açıqladım. Biz həmçinin amerikalı həmkarlarımızla da danışmışıq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən göstərilən və noyabrın 9-da razılaşmanın imzalanmasına imkan verən bütün səylər barədə tamamilə məlumatlandırılıb”, - deyə S.Lavrov bildirib .
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə keçirdiyi iclasda Müdafiə Naziri Sergey Şoyqu, XİN rəhbəri Sergey Lavrov, FTX rəhbəri Aleksandr Bortnikov, FHN rəhbəri Yevgeni Ziniçev iştirak ediblər.
Daha çox xəbər:
Kremldən ilk dəfə Qarabağdakı vəziyyətlə bağlı açıqlama: “Müharibədir”
Minsk Qrupunun həmsədrləri bəyanat yayıb
David Zalkaliani: “Lavrovla görüş danışıqların yeni formatı kimi başa düşülməməlidir”
XİN Azərbaycan əsgərinin neytral ərazidə şəhid olması ilə bağlı bəyanat yaydı
Əliyev və Putin sərhəddəki vəziyyətlə bağlı əlavə tapşırıqlar verəcəklər- YENİLƏNİB