Siyasət
22:54, 18 Haziran 2020
167
0

Əliyev və Putin sərhəddəki vəziyyətlə bağlı əlavə tapşırıqlar verəcəklər- YENİLƏNİB

Əliyev və Putin sərhəddəki vəziyyətlə bağlı əlavə tapşırıqlar verəcəklər- YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında olan telefon danışığı ilə bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti də məlumat yayıb.

Anews.az həmin məlumata istinadən bildirir ki, dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.

---------------
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı müzakirə olunub.

Eləcə də, koronavirus pandemiyası ətrafındakı vəziyyətə və infeksiya ilə mübarizədə görülən tədbirlərə toxunulub.(APA)
Digər xəbərlər: