Gündəm
Rus qırıcıları döyüş mövqeyində - Əməliyyatlar üçün danışıqlar başladı
Rusiya ölkənin artan təhlükəsizlik problemlərini həll etmək məqsədilə hava məkanından istifadə etmək üçün Mərkəzi Afrika Respublikası (MAR) rəsmiləri ilə danışıqlar aparır.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Məlumatda qeyd edilib ki, MAR hökuməti icazə versə, Rusiya qiyamçı qruplara qarşı döyüş təyyarələrindən istifadə edəcək.
80 faizi silahlı qrupların nəzarətində olan ölkədə qiyamçılar paytaxt Bangini ələ keçirmək üçün hücuma başlayıb.
MAR Xarici işlər naziri Silvi Temon ötən ay Rusiya və Ruandadan seçki prosesinin təmin edilməsinə görə kömək istəyib. Ruanda və Rusiya hökumətin yardım tələbinə müsbət cavab veriblər və ölkəyə yüzlərlə hərbi qüvvə göndəriblər.
Daha çox xəbər:
Hərbi qüvvə sayı ruslarla eyni olacaq – Türk ordusu Qarabağa gəlməyə hazırlaşır
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub”
Rusiya MN sülhməramlılarla bağlı məlumat yaydı
Putin Ərdoğanın gəlişi ərəfəsində gözlənilmədən Təhlükəsizlik Şurasını topladı
Zatulindən sərsəm AÇIQLAMA: "Rusiya Qarabağa görə desant əməliyyatına başlaya bilər"