Gündəm
Yevlax sakinindən tapança götürülüb
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nın əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid altı ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax RPŞ-da araşdırmalar davam etdirilir.
Daha çox xəbər: