Gündəm
17:59, 08 May 2021

Çayxana icarədarı və müştərilər cərimələnib

Çayxana icarədarı və müştərilər cərimələnib


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarını pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb.

Obyektin icarədarı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Digər xəbərlər: