Gündəm
Bu gün minaya düşərək şəhid olan icra nümayəndəsinin fotosu yayıldı
Bu gün Kəlbəcərdə “ “KamAZ” markalı sərnişin avtomobilinin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, həmin şəxslərdən biri xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir.
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan A.Əliyevə də şəhid statusu veriləcək.
Onun fotosunu təqdim edirik.
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Daha çox xəbər:
“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı
Gənc icra başçısından bir gündə iki təyinat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb - FOTO
İşğaldan azad olunmuş ərazilərdə son bir həftədə aşkarlanan minaların sayı açıqlanıb - FOTO
Maşınını “KamAZ”a çırpdı, öldü