Gündəm
Azərbaycan QHT-ləri dünya birliyindən ədalət tələb edirlər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı hadisəyə mövqeyini bildirmək məqsədi ilə təcili iclası keçirilib.
İclasda çıxış edən Müşahidə Şurasının üzvləri hadisə zamanı həlak olan şəxslərin yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyiblər. Eyni zamanda çıxış edən şəxslər hadisəni törətmiş Ermənistanın bu hərəkətini kəskin qınayıb, iclasın yekunu olaraq, Müşahidə Şurası adından müvafiq bəyanat qəbul edilib.
Bəyanatı təqdim edirik:
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bəyanatı Bakı şəhəri 04 iyun 2021-ci il iyunun 4-ü, saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq minaladığı ərazilərimizin xəritəsini verməməklə vətəndaşlarımıza qarşı hərbi cinayət əməllərini davam etdirir. Baş vermiş hadisə təkcə mülki şəxslərə qarşı hərbi cinayət deyil, o cümlədən, peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.
2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq işğal altında olan Kəlbəcərin boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişilə humanistlik göstərilərək əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə edən qarşı tərəf rayonu boşaldarkən kütləvi halda əraziləri minalamaqla ağır cinayət törədiblər. Bu səbəbdən, təəssüf ki, indiyədək, yəni müharibə başa çatdıqdan sonra azad edilən ərazilərdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olub və yaralanıb.
Bunların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də vardır.
Biz, Müşahidə Şurasının üzvləri Beynəlxalq Təşkilatlara, media təsisatlarına, jurnalistlərin hüquqlarını müdafiə edən qurumlara müraciət edir, onları Ermənistanın bu hərbi cinayətini qəti şəkildə pisləməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırırıq”.
Daha çox xəbər:
Bu gün minaya düşərək şəhid olan icra nümayəndəsinin fotosu yayıldı
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə pandemiyadan əziyyət çəkən ailələrə birdəfəlik yardımlar göstərildi
Rəsmi Bakıdan Ermənistana xəbərdarlıq: “Lazımi tədbirlər görüləcək”
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - VİDEO
Rövnəq Abdullayev vəzifəsini icra edir – EKSKLÜZİV