Gündəm
Azərbaycan nefti bahalaşmaqda davam edir
Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
“Azeri Light” markalı neftin bir bareli 0,63 ABŞ dolları və ya 0,85 faiz bahalaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 74,61 ABŞ dollarını təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.