Gündəm
08:05, 18 Haziran 2021

Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu

Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu


Koronavirus infeksiyasının mənşəyi ilə bağlı araşdırmaların yeni mərhələsi ABŞ-da keçirilməlidir.

Bu barədə “Global Times” nəşri çinli ekspert-epidemioloq Tszen Quana istinadən yazıb.

Ekspert qeyd edib ki, ABŞ-da ilk yoluxma hallarının 2019-cu ilin dekabrında aşkarlanması barədə informasiyadan sonra araşdırmalar bu ölkədə aparılmalıdır. O, həmçinin ABŞ-ın bu məsələyə lazımı qədər diqqət ayırmadığını bildirib.

“ABŞ-ın bioloji silah hazırlanması ilə əlaqədar bütün obyektləri araşdırma predmeti olmalıdır”, - deyə ekspert qeyd edib.
Digər xəbərlər: