Dünya
13:00, 19 Ekim 2020

ABŞ-ın dövlət katibi İrana silah satmaq istəyənləri hədələdi

ABŞ-ın dövlət katibi İrana silah satmaq istəyənləri hədələdi  ABŞ-ın dövlət katibi İrana silah satmaq istəyənləri hədələdi
ABŞ Dövlət katibi Mayk Pompeo İrana silah satan və bu ölkədən silah alan istənilən şəxsə və ya təşkilata qarşı sanksiya tətbiq etməyə hazır olduqlarını bildirib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı silah embarqosunun müddətinin başa çatdığını bəyan edib.

“ABŞ İrana silah satışı və tədarükünü həyata keçirən, eləcə də, silahlarla bağlı texniki hazırlıq, maliyyə dəstəyi və digər xidmətlər həyata keçirən istənilən şəxsə və ya təşkilata qarşı özünün bütün səlahiyyətlərindən istifadə edəcək”, - ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunub.
Digər xəbərlər: