Dünya
11:33, 01 May 2020

ABŞ Tehranı Rusiya və Çin silahlarından məhrum etmək istəyir

ABŞ Tehranı Rusiya və Çin silahlarından məhrum etmək istəyir
“Vaşinqton İranın xaricdən, xüsusən Rusiya və Çindən müasir hərbi texnika almasına imkan verməmək üçün bütün zəruri tədbirləri görməyə hazırdır”.

“RİA Novosti”nin məlumatına görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“ABŞ Prezidenti Donald Tramp və komandası onların (İran nəzərdə tutulur – red.) Rusiya və ya Çindən tanklar, ya da zirehli maşınlar ala bilməməsinə nail olmaq üçün “bütün kartları oynamağa” hazırdır”, - deyə dövlət katibi bildirib.

Xatırladaq ki, İrana qarşı silah embarqosu bu ilin 18 oktyabrına qədər qüvvədədir. ABŞ Dövlət katibi isə embarqonun uzadılmasına nail olmaq istədiklərini açıqlamışdı.
Digər xəbərlər: