Gündəm
Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu
Almaniyanın “CureVac” koronavirus peyvəndinin effektivliyi cəmi 47 % olub.
“RİA Novosti” bu barədə şirkətinin mətbuat xidmətinə istinadən xəbər yayır.
Qeyd edilir ki, təxminən 40 000 könüllü üzərində aparılan testlərdən sonra bu nəticəyə gəlinib.
Peyvəndin əvvəllər müəyyən edilmiş statistik müvəffəqiyyət meyarına cavab vermədiyi bildirilib.
Xatırladılır ki, “CureVac” daha əvvəl Avropa Komissiyası ilə Avropa İttifaqı ölkələrinə perspektivli mərkəzləşdirilmiş peyvənd tədarükü üçün müqavilə imzalayıb.
Daha çox xəbər: