Gündəm
09:41, 11 Temmuz 2021

Ölkəyə qanunsuz gətirilən tibbi preparatlar və içkilər müsadirə edildi

Ölkəyə qanunsuz gətirilən tibbi preparatlar və içkilər müsadirə edildi


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn DAF markalı iki yük avtomobilinə “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində baxış keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 250 həb, 124 flakon müxtəlif adda dərman preparatları, 12 ədəd kosmetoloji maye, 16 ədəd implant gelləri, şpris üçün iynələr, eləcə də 32 ədəd müxtəlif markada və ölçüdə spirtli içkilər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: