Gündəm
20:23, 19 Temmuz 2021

Gədəbəydə 115 sürücü barəsində protokol tərtib edildi - FOTO

Gədəbəydə 115 sürücü barəsində protokol tərtib edildi - FOTO



Gədəbəydə qaydalara riayət etməyən sürücülər məsuliyyətə cəlb edilib.

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, piyadalara yol verməyən və minik vasitələrinin ixrac qazları normadan artıq olan sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.

Ay ərzində davam etdirilən tədbirlər nəticəsində qeyd edilən faktlar üzrə 115 sürücü barəsində protokol tərtib edilib.
Digər xəbərlər: