Gündəm
Vaksinasiya olunmadan toyda iştirak edən şəxslərlə bağlı protokollar tərtib edilib - FOTO
Ağstafa rayonu ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata əsasən, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.
Bundan başqa polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında da digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə monitorinq aparıblar. Araşdırmalar zamanı mərasimdə vaksinasiya olmayan qonaqlar aşkar edilib. Şadlıq sarayı rəhbərliyinə bir daha karantin qaydaları izah olunub, aşkar olunan faktlar üzrə inzibati protokollar tərtib edilib.
Daha çox xəbər:
Karantin qaydalarını pozan 2 nəfər həbs edildi - FOTO
Restoran toya görə 5 000 manat cərimə edildi - FOTO
Ölkə ərazisində qaydaları pozaraq məclis təşkil edən şəxslər cərimələnib
Goranboyda toy mərasiminin qarşısı alındı, iştirakçılar cərimələndi
Daxili İşlər Nazirliyi bələdiyyə sədrini cərimələdi - FOTO