Gündəm
Qubada yanğın sahibkara ciddi ziyan vurub
Quba rayonunda 900 ədəd taxta və plastmas tara (yeşik – red.) yanıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.Kənd sakini, kiçik sahibkar Babək İslam oğlu Əsədzadəyə məxsus həyətdə, ümumi sahəsi 300 kv.m olan yardımçı tikilidəki 400 (dörd yüz) ədəd taxta yeşik, yaxınlıqdakı 500 (beş yüz) ədəd plastmas yeşik yanıb.
Alov yardımçı tikilin məhv edib, yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.