Gündəm
Masallıda arvadını öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib
Mayın 6-da 1989-cu il təvəllüdlü Masallı rayonunun Ərkivan kənd sakini Sevinc Nəsirovanın yaşadığı evdə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Oxu.Az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla zərərçəkmişin əri, 1979-cu il təvəllüdlü Rəşad Nəsirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevinc Nəsirovanı azyaşlı oğlunun gözləri qarşısında kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Nəsirova Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.