Gündəm
09:31, 20 Eylül 2021

Rusiyada seçki komissiyası üzvləri xəstəxanaya yerləşdirilib

Rusiyada seçki komissiyası üzvləri xəstəxanaya yerləşdirilib



Rusiyada Dövlət Dumasına keçirilən seçkilər komissiya üzvlərinin ciddi əsəb pozuntuları keçirməsilə müşayət olunub.

Belə ki, Kuban vilayətində fəaliyyət göstərən seçki məntəqələrində seçicilərlə komissiya üzvləri arasında gərgin münaqişələr yaşanıb. Qarşıdurmalar nəticəsində sonunculardan bəzilərinin sinir pozuntusu diaqnozu ilə xəstəxanaya aparıldığı bildirlib.

Qeyd edək ki, Rusiyada bu gün parlamentin aşağı palatasıyla yanaşı, yerli idarəetmə orqanlarına da seçkilər keçirilib.
Digər xəbərlər: