Gündəm
“Azərsu” ASC-də peşəkar kadrları görün kimlər əvəz edir – Biabırçılıq...
“Azərsu” ASC-də baş verənlərlə bağlı təqdim etdiyimiz ötən yazılarımızda bildirmişdik ki, saytımıza yeni-yeni məlumatlar daxil olmaqdadır və bunlar barədə növbəti yazılarımızda bəhs edəcəyik. İlk növbədə onu qeyd edək ki, “Azərsu”da çalışan xanım işçilərdən bir qrupu saytımıza müraciət edərək onların fikirlərinə əyer verdiyimizə və haqq səslərini çox sevdikləri Birinci xanım Mehriban Əliyevaya çatdırdığımıza görə minnətdarlıqlarını çatdırdılar.
Yeri gəlmişkən, bir neçə gün əvvəl telekanallar vasitəsilə şahidi olduğumuz diqqət çəkən bir məsələni yada salmaq istərdik. Möhtərəm Prezident İlham Əliyev Şəmkir və Cəlilabad rayonlarına yeni icra başçıları təyin etdi və bu zaman onlara çirkin işlərdən, rüşvətxorluq hallarından uzaq durmağı, xalqa xidmət etməyi tapşırdı və xəbərdarlıq etdi ki, əks təqdirdə sizin də taleyiniz sizdən əvvəl işləyənlərinki kimi olacaq.
Cənab Prezidentin bu sözlərindən heç şübhəsiz ki, bütün məmurlar ciddi nəticə çıxartmalıdır. Ancaq təəssüf ki, “Azərsu”da tamam başqa “ab-hava” hökm sürür. Belə ki, sabiq sədr Qorxmaz Hüseynov tərəfindən yol verilən saxtakarlıqlar, külli miqdarda mənimsəmə halları onun Köçərli Həsənov kimi davamçısı tərəfindən bu gün də davam etdirilir.
Q. Hüseynovun ən bağışlanmaz əməllərindən biri peşəkar və təcrübəli kadrların “Azərsu”dan uzaqlaşdırması olub, desək, yəqin ki, yanılmarıq. Belələrinə misal olaraq, “Azərsu”da uzun illər səmərəli xidmət göstərmiş Zaman Novruzov, Zakir Namazov (indi haqq dünyasındadır), ƏdaləT Bağırov, Mirkamil Seyidov, professor Əhməd Məmmədov, Telman Ağayev kimi dəyərli mütəxəssislərin adlarını çəkə bilərik. Onların yerinə isə Neft Şirkətindən Teyyub, İlqar, Seymur, Mahir, Elman, (hal-hazırda həbsdədir) kimi qeyri peşəkarlar gətirilib.
Vaxtilə Milli Məclisdə baş tutan maralı bir dialoq yəqin ki, çoxlarımızın xatirindədir. O vaxt cəbhəçi millət vəkili Hicran Kərimli Milli Məclisdə “odlu-alovlu” çıxış etdikdən sonra mərhum Ulu Öndər Heydər Əliyev təxminən belə demişdi: “Hicran, sən bu xalq üçün, eləcə də Ordubad camaatı üçün heç nə etməmisən. Ona görə də sənin bu danışdıqlarının bir mənası yoxdur”.
İndi də sədr əvəzi K.Həsənov nə qədər pafoslu çıxışlar etsə də, nə özü, nə də komandası xalq üçün heç bir iş görməyiblər. İşləri ancaq özləri üçün var-dövlət yığmaq olub.
Görün vəziyyət nə yerə çatıb ki, professor Əhməd Məmmədov kimi təcrübəli bir mütəxəssis Layihə İnstitutunun direktoru vəzifəsindən kənarlaşdırılıb, onun yerinə isə qırmızı pencək bir “artist” gətirilib. Yəni, bu sahədə belə kadr qıtlığıdır ki, sözügedən vəzifəyə başqa adam tapılmadı, bir “artist”i gətirib ora rəhbər qoydular. Zaman Novruzov kimi su sekıtorunu mükəmməl bilən, uzun müddət “Azərsu”da sədr müavini işləyən bir şəxs qalıb kənarda, savadsız, həmişə onun-bunun qapısında nicat axtaran Köçərli Həsənov kimi birisi indi gəlib olub “Azərsu”nun sədr əvəzi... Əvvəlki yazılarımızda qeyd metmişdik ki, K.Həsənovun sədr vəzifəsinə təsdir olunması üçün sabirabadlılar pul yığımı kompaniyasına başlayıblar. Bu adam vaxtilə Pənah Hüseynə, Əli Kərimliyə xidmət edən birisi olub. K.Həsənov İlham Quliyev kimi birisini özünə müavin gətirib. İlham Quliyev əvvəllər sabir baş prokuror Zakir Qaralovun (Dusya oğlunun) “krisalığı” altında fəaliyyət göstərib. İlham Quliyevin keçmiş iş yeri olan Kənd Təsərrüfatı Nazirliyində hansı əcaib ləqəblə tanındığını da çoxları bilir. Əslən Qərbi Azərbaycandan olan Zaman Novruzov isə hər zaman öz işini ləyaqətlə yerinə yetirməklə yanaşı, dövlətə, xalqa sədaqətlə xidmət edən bir şəxs kimi tanınıb.
Növbəti yazımızda “Azərsu” ASC-də çalışan qadınların müraciəti əsasında hazırlanan məlumatları təqdim edəcəyik.
Bizi izləyin...
Azia.az
Daha çox xəbər:
“Azərsu” ASC-nin sədr müavini: “Ölkədə yeni içməli su mənbələri yaradılıb”
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi
“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO
Bakı İH-in vəzifə şəxsləri Bibiheybətdə: Əraziyə içməli su verilməsi dayandırıldı - Yeni