Gündəm
Mehriban Əliyeva leykozdan əziyyət çəkən uşağın müalicəsini nəzarətə götürdü - FOTO
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva leykozdan əziyyət çəkən 10 yaşlı Eldar Əhmədzadənin müalicəsini nəzarətə götürüb.
Hazırda İstanbul şəhərində müalicə alan Eldarın ilik köçürülməsinə ehtiyacı var.
Donoru isə doğma qardaşı olacaq. Əməliyyatdan əvvəl onun kimyaterapiya proseduru keçməsi zəruridir. Hazırda iki kurs kimyaterapiya alan Eldar Əhmədzadənin daha iki və ya üç belə tibbi prosedur keçməsi vacibdir.
Eldarın müalicəsini nəzarət altına götürən Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu əlavə kimyaterapiya kursları və ilik transplantasiyası üzrə əməliyyata dəstək məsələlərini öz üzərinə götürüb.
Daha çox xəbər:
Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb
İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
Mehriban Əliyeva Qəbələ səfərindən paylaşım edib - FOTO
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı
İlham Əliyev və Mehriban Əliyeva Gəncədə - YENİLƏNİB+FOTO