Gündəm
Çavuşoğlu ABŞ və Rusiyanı günahlandırdı: “Sözlərini tutmadılar”
“Terror qruplaşması torpaqlarımıza hücum edir. ABŞ və Rusiya terrorçuları 30 kilometr cənuba çəkməklə bağlı sözünü tutmadı. Təhlükəsizliyimiz üçün nə lazımdırsa, edəcəyik”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Son dövrlərdə bu cür hücumları görməyə başladıq. Hər iki ölkə də bu terrorçuları ən azı 30 kilometr cənuba çəkəcəkdi. Rusiya Tel Rıfat və Menbiçi təmizləyəcəkdi. Bu sözlərə əməl olunmadı.
Odur ki, son hücumlarda Rusiyanın və ABŞ-ın da məsuliyyəti var, sözlərində durmadılar. Bu terrorçular həmin ərazilərdə olduğuna görə bizim etməli olduğumuz şey öz göbəyimizi özümüzün kəsməsidir. Təmizlənmə üçün nə lazımdırsa, ediləcək.
Hücumları qınayırıq deyirlər, bəs bu silahları onlara kim verir? Sən təlim keçirsən, sonra isə sadəcə göstəriş xatirinə “qınaq açıqlaması” verilir”, - deyə M.Çavuşoğlu bildirib.
Mənbə: Haber Global
Daha çox xəbər:
Çavuşoğlu İngiltərə XİN rəhbəri ilə Qarabağdan danışdı
Çavuşoğlundan ABŞ-dakı Prezident seçkiləri ilə bağlı AÇIQLAMA
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb
Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısını Türkiyəyə səfərə dəvət edib - FOTO
ABŞ-Rusiya üz-üzə: Üçüncü Dünya müharibəsi... - AZƏRBAYCANI NƏ GÖZLƏYİR?