Gündəm
16:51, 20 Ekim 2021

“BakuBus”ın rəhbəri yenidən dəyişib

“BakuBus”ın rəhbəri yenidən dəyişib



Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub.

T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır.

Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.
Digər xəbərlər: