Siyasət
Ziya Məmmədovun qardaşının şirkəti fəaliyyətini DAYANDIRIR
Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan "Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir.
Unikal.org bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb şirkətin "Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.
Xatırladaq ki, "Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.
"Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.
Daha çox xəbər:
“Şahdağ Turizm Mərkəzi ” QSC-nin daim işbirliyi qurduğu MMC kimlərə bağlıdır? - ARAŞDIRMA
Ziya Məmmədovun şeirləri üzə çıxdı: “Yoldur, yola ver, getsin...”
Azərbaycanda məşhur turizm mərkəzinin külli miqdarda borcu var
Pulları yığıb qaçan məmur icra başçısının yeznəsi çıxdı
Fazil Məmmədovun "başsız qoyduğu" federasiyanın idmançılarından BİABIRÇI NƏTİCƏ