Gündəm
Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər HƏBS OLUNDU - FOTO
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisinin işğaldan azad edilən kəndinə qanunsuz keçmək istəyən şəxslər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Çaylı kəndinə stasionar postlardan kənar yollarla daxil olan şəxslər, Tərtər şəhər sakinləri - Tahir Vəliyev və İlham Rüstəmli kənd ərazisində saxlanılıblar.
Onların gəldikləri avtomobilin yük yerinə baxış keçirilən zaman dəmir metallar aşkar edilərək götürülüb.
T.Vəliyev və İ.Rüstəmlinin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onların hər biri səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.
Daha çox xəbər:
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb - FOTO
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
Karantin qaydalarını pozan 2 nəfər həbs edildi - FOTO
Vaksinasiya olunmadan toyda iştirak edən şəxslərlə bağlı protokollar tərtib edilib - FOTO
Karantin qaydalarını pozanlar barəsində qanunauyğun tədbirlər görülüb