Gündəm
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN
Prezident İlham Əliyev şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılacaq.
Qeyd edilib ki, şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatlar “Zəfər” altsistemi vasitəsilə toplanacaq və sistemləşdiriləcək. Eləcə də şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması bu alt-sistem vasitəsilə həyata keçiriləcək.
Daha çox xəbər:
Prezidentdən hərbi-həkim ekspertizası və tibbi şəhadətnamələrlə bağlı FƏRMAN
İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO
Müharibə veteranları ilə bağlı yenilik: Qanun dəyişir
Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTO
Bu şəxslərə pulsuz mənzillər verildi