Gündəm
17:15, 27 Ekim 2021

Məleykə Abbaszadə: “Təxminən 4000 adam qəbul olmadı”

Məleykə Abbaszadə: “Təxminən 4000 adam qəbul olmadı”



“II qrup üzrə əvvəlki qəbul imtahanında 13 642 yer təklif edilsə də, ümumi 16 min şəxs ərizə verib. 8000 nəfər isə 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılıb. Əvvəlcədən də II qrup üzrə kifayət qədər boş yerin qalacağını proqnozlaşdırırdıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ötən il III qrup üzrə 12 853 yer təqdim edilmişdi, sənəd verən 21 min adamdan 16 567 nəfər 150 baldan yuxarı nəticə göstərib müsabiqəyə qatılıb:

“Əvvəldən proqnoz verildiyi kimi, təxminən 4000 adam qəbul olmadı. Halbuki onlar arasında 300 baldan yüksək nəticə göstərənlər olub. III qrup üzrə müsabiqəyə qatılan subbakalavrlardan nəticə əldə edən az olub. 2 min subbakalavr müsahibəyə qatılmışdı”.

M.Abbaszadə əlavə edib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir:

“Bir neçə ixtisaslar - “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir.

Eyni zamanda universitetlərin tələbləri də nəzərə alınaraq, bu ixtisaslar üzrə elə şəxslər oxumalıdır ki, ən azından coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar”.

“Növbəti - 2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisası seçən abituriyentlər həmin qrupda kimya fənnindən deyil, informatika fənnindən imtahan vermələri ilə bağlı müzakirələr aparılır. Gələn həftə bu barədə əlavə məlumat veriləcək”, - deyə M.Ağazadə qeyd edib.
Digər xəbərlər: