Gündəm
19:36, 29 Ekim 2021

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ



“Gömrük ödənişlərində hər hansı artım yoxdur”.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məlumat verib.

O bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir:

“Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil”.
Digər xəbərlər: