Gündəm
İrandan Azərbaycana gətirilən minlərlə kiloqram məhsul geri qaytarıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Ağayev İlkin Adil oğlu tərəfindən idxal edilən ümumi çəkisi 23.7 ton və hüquqi şəxs “ZE-DENT” MMC tərəfindən idxal edilən ümumi çəkisi 40.45 ton ərzaqlıq kartof məhsulu partiyalarına agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.
Daha çox xəbər:
Azərbaycanda istehlaka yararsız kolbasa məhsulları aşkarlandı - FOTO
Ağdamda 180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlanıb
AQTA bir gündə 405 ictimai iaşə obyektində monitorinq keçirib
Bir ay ərzində 28 kiloqram narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb - FOTO
Azərbaycanda sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılır